image-download-2025-03-05t201615-984backend

Zaxarova xarici siyasətçilərin Zelenski ilə fotolarını silməsinə diqqət çəkib

Qərb siyasətçiləri bir neçə ildir ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə “sakitcə” şəkil çəkdirirdilər və indi bu şəkilləri silməyə başlayıblar.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında buna diqqət çəkib.
“Dünya xadimlərinin Zelenski ilə fotolarını silməsinə məhəbbətlə baxıram. Birincisi, onlar üç il Rusiya Xarici İşlər Naziri Sergey Lavrovdan gizləndilər və rus nümayəndə heyətindən qaçaraq hiyləgərcəsinə fotolar çəkdilər, indi isə bu kompromat fotosübutlardan qurtulmağa çalışırlar”, – diplomat bildirib.
Argentina prezidenti Xavyer Miley Zelenski ilə birgə çəkdirdiyi bütün şəkilləri sosial şəbəkələrdən silib . Bunun fevralın 28-də, cümə günü, Zelenskinin ABŞ prezidenti Donald Trampla mübahisəsindən dərhal sonra baş verdiyi iddia edilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki