image-3901724backend

Yeni yaradılan komando bölmələrinin təyinatı nədir? –Hərbi ekspert DETALLARI AÇIQLADI

Azərbaycan ordusunda peşəkarlığın artırılması, digər bölmələrlə qarşılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsi üçün yeni komando hərbi hissəsi yaradılıb. Komando olmaq üçün şəxsi heyyət xüsusi kurslardan keçir. Birləşmələrin əsas fəaliyyəti çətin relyefdə döyüş tapşırığını icra etməkdir.

Dağlar, meşələr və küçə döyüşləri üçün xüsusi təlimlərdən keçərək ən çətin tapşırıqların icrası üçün hazırlanırlar. Azərbaycan ordusunun bölmələr arasında effektiv qarşılıqlı əlaqənin təmin edilməsi üçün komando hərbi hissəsi yaradılıb.

Hərbçilər komando kursunda əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı paraşütlə atlamaq, dağ xizəkçilik, snayper və digər fiziki hazırlıq kurslarından keçirlər. Kursu uğurla bitirən heyət komando bölmələrinə daxil edilir və onlara beretlər təqdim olunur. Komandoların əsas fəaliyyət istiqaməti çətin relyef şəraitində döyüş tapşırıqlarını icra etməkdir. Hansı ki, bu bölmələr sırf texnikaların keçməsinin mümkün olmadığı ərazilərdə əməliyyatlar üçün hazırlanır.

Qeyd edək ki, oktyabrın 19-da yeni yaradılmış komando hərbi hissəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib. Hərbi ekspert Ədalət Verdiyev yeni yaranan komando bölmələrinin fəaliyyəti və hazırlanması ilə bağlı Alp.az saytına açıqlamasında bir çox nüanslara aydınlıq gətirib.

image-download
“Yeni yaranan komando bölmələrinin hazırlanmasında bölmələrin qismən yüngül silah və avadanlıqlarla təchiz olunmasına diqqət yetirilməlidir. Hər bir komando xəritə, kompas, durbin və s. ilə işləməyi bacarmalıdır. Təlimlər həm ərazidə, həm də simulyasiya sistemlərində həyata keçirilməlidir. Hər bir komando əsgəri özünün, manqa (qrup) yoldaşının və düşmənin əsas silah növlərindən ən ekstremal vəziyyətdə belə dəqiq nöqtə atəşi açmağı bacarmalıdır. Düşmən dilini bilənlər əlavə maddi vəsaitlə mükafatlandırılmalıdır. Komandoların hazırlıı davamlı və fasiləsiz olaraq həyata keçirilməlidir. Təlim proseslərində əsasən komandir hazırlığına, ixtisas hazırlığına (müşahidə, kəşfiyyat, axtarış, basqın və pusqu), topoqrafiya hazırlığına (xəritə oxunması, ərazi planının tərtib edilməsi, məsafənin ölçülməsi, hədəfin aşkarlanması və koordinatlarının dəqiq təyin edilməsi və s.), yüksək fiziki hazırlığa, kiçik dronları müstəqil idarəedilməsinə, şifrəli rabitə vasitələrin tətbiqinə, ilkin tibbi yardımın göstərilməsinə, əraziyə uyğun maskalanmaya və s. xüsusi diqqət yetirilməlidir.”

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki