Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın daha bir MQ-9 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb. Husilərin hərbi sözçüsü Yəhya Sare bildirib ki, onların ABŞ-a qarşı hərbi əməliyyatları Qəzzada mühasirə götürülənə qədər davam edəcək.
Elchi.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın daha bir MQ-9 pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb. “ABŞ-ın MQ-9 tipli PUA-sı Yəmənin şimal-qərbindəki Həcc bölgəsinin hava məkanında düşmən missiyaları yerinə yetirərkən vurulub”, – Husi ordusunun sözçüsü Yəhya Sare bildirib. ABŞ-a məxsus son İHA-nın yerli istehsal olan yerdən atılan raketlə vurulduğunu qeyd edən Sare, bunun 2023-cü ilin noyabr ayından bu yana husilər tərəfindən vurulan 19-cu ABŞ İHA olduğunu qeyd etdi. ABŞ-ın davam edən hücumlarının Husilərin hərbi imkanlarına mane olmadığını vurğulayan Sare, Qəzzada hərbi əməliyyatların davam edəcəyini bildirdi.
Bölgədə gərginlik artıb
ABŞ prezidenti Donald Tramp martın 15-də bəyan edib ki, o, ABŞ ordusuna Yəməndə İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hücuma başlamaq əmri verib. Hadisənin inkişafının ardınca ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin müxtəlif bölgələrində husilərin hədəflərinə çoxsaylı hava zərbələri endirib. Bölgədə gərginlik artdıqca husilər cavab olaraq ABŞ gəmilərini və İHA-larını hədəf aldıqlarını açıqlayıblar.
Şayəstə Hüseynova