Yaponiyada 276 kiloqramlıq mavi üzgəcli tuna hərracda 1,3 milyon dollara satılıb.
Elchi.az xəbər verir ki, rəsmi Kyodo agentliyinin məlumatına görə, mavi üzgəcli orkinos paytaxt Tokiodakı balıq bazarında hərraca çıxarılıb.
Oma sahillərində tutulan 276 kiloqramlıq tuna balığı topdansatış satıcısı ilə restoranlar şəbəkəsi idarə edən şirkət tərəfindən birgə 1,3 milyon dollara satılıb.
Restoranın meneceri Şinji Naqao “İlin ilk ton balığı bəxt gətirir. Biz insanları yeməklə sevindirmək istəyirik” deyib.
Şayəstə Hüseynova