Yaponiya Tokio və Osaka arasında artan yük tələbatına həll yolu tapmaq üçün “kəmər yolu” adlı avtomatik yük daşıma dəhlizi qurmağı planlaşdırır. Bu yeni marşrut ölkənin çatdırılma xidmətlərində sürücü çatışmazlığını aradan qaldırmaq və karbon emissiyalarını azaltmaq məqsədi daşıyır.
Elchi.az xəbər verir ki, 60 il əvvəl Tokio və Osaka arasında sürətli qatar xətti istifadəyə verildikdən sonra Yaponiya indi yük daşımaları üçün eyni yolu açmağı planlaşdırır. “Band yol” adlanan bu avtomatlaşdırılmış yük daşıma dəhlizi, 515 kilometr uzaqlıqdakı Tokio və Osakanı birləşdirərək dünyanın dördüncü böyük iqtisadiyyatında çatdırılma xidmətlərinə sürətlə artan tələbatın həllini təmin etməyi hədəfləyir.
Ölkədə ictimai iaşə, pərakəndə satış, nəqliyyat və ictimai nəqliyyat kimi bir çox sektorda yaşanan işçi çatışmazlığı çatdırılma sektorunda da böyük problem yaradır. Bu layihə sayəsində çatdırılma sürücülərindən asılılığın azaldılması planlaşdırılır. Karbon emissiyalarını da azaltmağı hədəfləyən layihə ekoloji cəhətdən təmiz bir həll təklif edəcək.
Layihəni idarə edən Nəqliyyat Nazirliyinin rəsmisi Yuri Endo, “Yollarda innovativ həllər tapmalıyıq. Bu avtomatik axın yolu konsepsiyası 24 saat işləyən pilotsuz nəqliyyat sistemi üçün yol şəbəkəsində logistika sahələri yaratmağı hədəfləyir”.