image-img_8753backend

Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatdı

Azərbaycan Baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin səlahiyyət müddəti bu gün başa çatıb.

Elchi.az lent.az-a istinadla xəbər verir ki, Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti 5 il üçün uzadılmayıb.

Qeyd edək ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin olunacağı gözlənilir.

Xatırladaq ki, o, 2020-ci ilin 8 aprel tarixində bu vəzifəyə yenidən təsdiqlənmişdi.

Martın 15-i Xanlar Vəliyevin 70 yaşı tamam olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki