image-2322385_1backend

Ülgüclə üzünü kəsdi və 6 min dollar qazandı

London mağazasından aldığı ülgüclə üz nahiyəsini kəsən Nik Silverthorn firmanın günahkar olduğunu iddia edərək məhkəməyə müraciət edib. Silverthorn 6650 dollar qazanıb.
Elchi.az xəbər verir ki, Londondan olan 48 yaşlı Nik Silverthorn ilk dəfə mağazadan aldığı ülgücdən istifadə edib.
Silverthorn üzünün hər iki tərəfindən kəsilmişdi. Kişi bıçaqlarının nasaz olduğunu iddia edərək şirkəti məhkəməyə verib.
Zərərin ödənilməsi üçün məhkəməyə müraciət edən Silverthorn 6650 dollar mükafat alıb.
Kesiklərinin həftələrlə sağalmadığını və izlər qaldığını söyləyən Silverthorn, “Bunlar adi kəsiklər deyildi. Qanama dəqiqələrlə dayanmadı” deyib.
Silverthorn 20 ildir təraş olduğunu da əlavə edərək, “Mən heç vaxt belə bir şey yaşamamışam” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki