Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı Qələbə Planını bu həftə avropalı müttəfiqlərə təqdim edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından açıqlamasında ölkəsində davam edən müharibə ilə bağlı son vəziyyəti dəyərləndirib. Rusiya-Ukrayna Müharibəsini bitirmək üçün Zəfər Planı hazırladıqlarını ifadə edən Zelenski, “Rusiyanı müharibəni ədalətli şəkildə bitirməyə məcbur etmək üçün strategiyamızı (Zəfər Planı) bu həftə bütün avropalı tərəfdaşlarımıza təqdim edəcəyik” dedi.
Zelenski planı Ukrayna xalqına təqdim edəcəklərini qeyd edərək, “Qələbə Planı, əlbəttə ki, tərəfdaşlarımızdan aldığımız ilk cavabla ictimaiyyətə açıqlanacaq. Biz, Ukraynada hamımızın, həqiqətən, maksimum dəstəyə ehtiyacımız var” deyib.
Şayəstə Hüseynova