image-dbeef868-f08b-43b3-bf46-4a0fc17c15c2backend

Ukrayna enerji böhranı ilə üz-üzədir Rusiyadan elektrik enerjisi idxalını dayandırır

Ukrayna artıq noyabrın 1-dən Rusiya və Belarusdan elektrik enerjisi idxal etməyəcək. Belə qərar Ukraynanın bir sıra İES-da demək olar, kömür qalmadığı bir şəraitdə qəbul olunub.

Bu barədə Teleqram-kanalda Ali Radanın xalq deputatı, parlamentin energetika komitəsinin sədri Andrey Gerus xəbər verib.

Onun sözlərinə görə, Belarusda elektrik satışı üzrə auksion ümumiyyətlə keçirilməyib. Rusiyada isə oktyabrın 20-də İnter RAO şirkəti belə satış elan etsə də, növbəti gün, oktyabrın 21-də elanı ləğv ediblər.

Energetika Nazirliyinin məlumatına istinad edən Gerus yazıb ki, oktyabrın 29-a olan vəziyyətə Ukrayna stansiyalarında enerji istehsalı üçün yararlı cəmi 675 min ton kömür olub.

Sadə hesablamalarla müəyyən etmək olar ki, bu miqdar cəmi 2 milyard kilovatt elektrik enerjisi istehsal etmək üçün bəs edər. Bu da Ukraynaya adi istehlak şəraitində təxminən 5 gün çatar.

Fəlakətli vəzyyət bir də onunla dərinləşir ki, Ukrayna üçün kömürü heç yerdən götürmək imkanı yoxdur.

Xəbər verilir ki, noyabrın 1-dən Rusiya Ukraynaya atrasit tədarükünü dayandırır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki