Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada yeni əməliyyat keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Pənçə-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatının iki üzvü öldürülüb.
Suriyanın şimalında isə daha bir terrorçu zərərsizləşdirilib.