image-abd-kanada-a-1673227_1backend

Trampın tariflərindən sonra Torontoda ABŞ himni səsləndi

Kanadalı idman həvəskarları ABŞ-ın Kanada idxalına 25% rüsum tətbiq etməsindən sonra Torontoda keçirilən NBA oyununda ABŞ himnini səsləndiriblər.
Elchi.az xəbər verir ki, Kanadanın Toronto şəhərindəki Scotiabank Arenada keçirilən NBA matçında Toronto Raptors və Los Angeles Clippers komandaları üz-üzə gəlib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, kanadalı idman həvəskarları matç başlamazdan əvvəl Kanada himnini yüksək səslə oxuyarkən ABŞ himnini yuhalayıblar.
Qeyd edilib ki, sözügedən tədbir ABŞ prezidenti Donald Trampın həftə sonu Kanadaya əlavə 25 faiz gömrük rüsumu tətbiq etməsinə cavab olaraq həyata keçirilib.
Bundan əlavə, Ottavada qonaq olan ABŞ komandasına qarşı Milli Xokkey Liqası oyunu zamanı Star-Spangled Banner yuhalanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki