ABŞ Prezidenti Donald Tramp Suma hücumu şərh edərkən bildirib ki, ona Rusiyanın səhv etdiyini deyiblər.
Elchi.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Məncə, dəhşətli idi. Və mənə (Rusiyanın) səhv etdiklərini söylədilər. Amma məncə, bu dəhşətdir”, – o bildirib.
“Rusiyanın səhv etdiyini” deyərkən nəyi nəzərdə tutduğuna Tramp belə cavab verib:
“Mənə elə gəlir ki, bunu onlardan soruşun”.
Tramp konkret olaraq kimdən danışdığını açıqlamayıb.
Qeyd edək ki, 13 apreldə Rusiyanın Suma ballistik raketlərlə endirdiyi zərbə nəticəsində 34 nəfər ölüb, 117 nəfər yaralanıb.