ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə söhbəti ABŞ və Çin üçün eyni dərəcədə yaxşı adlandırıb.
Elchi.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Söhbət həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. İnanıram ki, indidən başlayaraq bir çox problemləri birlikdə həll edəcəyik. Biz ticarət balansı, fentanil, TikTok və bir çox başqa mövzuları müzakirə etdik”, – Amerika lideri yazıb.
Nuranə Məmmədova