image-trump-putinbackend

Tramp: Mən tezliklə Putinlə görüşəcəyəm

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə “tezliklə” görüşəcəyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Oval Ofisdə bir çox prezident fərmanlarını imzaladığı imza mərasimində gündəmlə bağlı mətbuat mənsublarına qısa açıqlamalar verib.
Yaxın vaxtlarda Rusiya prezidenti Putinlə görüşəcəklərini qeyd edən Tramp görüşün nə vaxt keçiriləcəyini bilmədiyini bildirib.
Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq arzusunu ifadə edib və bu məsələ ilə bağlı razılaşmanın zəruriliyini vurğulayıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin razılığa gəlməyə can atdığını deyən Tramp, “Məncə (Putin) razılaşma əldə etməməklə Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiya böyük bəlaya düçar olacaq. Onların iqtisadiyyatına və inflyasiyasına baxın. Ümid edirəm ki, o, razılaşmaq istəyir”. deyə danışıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki