image-mehmet-oz-aa-2305292_1backend

Tramp həkim Mehmet Öz namizədliyini irəli sürüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri, Medicare və Medicaid-in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp, Truth Social sosial media platformasındakı hesabında verdiyi açıqlamada, Doktor Özün Medicare və Medicaid Services (CMS) Mərkəzinin direktoru vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Tramp, Amerikanın ciddi bir sağlamlıq böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.
Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün Amerika səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.
ABŞ-da Medicare 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta təminatçısıdır. Medicaid, aşağı gəlirli qruplara tibbi sığorta xidmətləri göstərən birgə federal və dövlət proqramı kimi fəaliyyət göstərir.
ABŞ-da federal hökumət 2023-cü ildə Medicaid proqramı çərçivəsində 860 milyard dollar və Medicare çərçivəsində 848 milyard dollar xərcləyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki