image-77-pic_32ratio_900x600-900x600-79904backend

Tramp ABŞ-da seçkilərin keçirilmə qaydasını dəyişmək istəyirdi

Newsweek: Tramp ABŞ-da seçkilərin keçirilmə üsulunu dəyişməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkədə prezident seçkilərinin keçirilməsi üsulunu dəyişməyi planlaşdırır. Bu barədə Amerikanın “Newsweek” nəşri yazır.
“Biz əslində çoxdan lazım olan bir şeyi həyata keçirəcəyik. Biz isə seçkilərə baxacağıq (ABŞ-da – redaktorun qeydi). Biz kağız bülletenlər, bir günlük səsvermə, seçici şəxsiyyət vəsiqəsi və vətəndaşlığı təsdiq edən sənəd istəyirik”, – deyə o vurğulayıb.
Seçilmiş prezident xatırladıb ki, məsələn, Kaliforniyada ABŞ vətəndaşı seçkilərdə səs verərkən əyalət hakimiyyət orqanları şəxsiyyətin təsdiqini tələb edə bilməz. Tramp bu cür yanaşma ilə razılaşmadığını bildirib.
Bundan əvvəl seçilmiş prezident Donald Trampın administrasiyasında hökumətin səmərəliliyinə nail olunması departamentinin rəhbəri postunu tutacaq amerikalı milyarder İlon Mask (Forbes jurnalının məlumatına görə, 337,3 milyard dollara sahibdir) ABŞ dövlət borcunun artımını dayandırmasa, müflis olacaq və hətta əsas xidmətlərin haqqını ödəyə bilməyəcək.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki