image-loch-long-2327748_1backend

Şotlandiyanın plastik tullantı problemi: Loch Long necə zibilliyə çevrildi?

Şotlandiyanın Argyll şəhərindəki Loch Long plastik tullantıların qaynar nöqtəsinə çevrilib. Külək və su axınları Qlazqodan gələn zibillərin Arrochar sahillərinə yuyulmasına səbəb olur. Hər il bu çimərlikdə təxminən 62 min ədəd tullantı yuyulur.
Elchi.az xəbər verir ki, yerli əhali sahilə yığılan tullantıları təmizləməkdə çətinlik çəkir. Dəniz yosunu ilə qarışan plastiklər kənd təsərrüfatında istifadə edilən yosunların artıq təkrar emal olunmamasına səbəb olur. Ekoloji fəallar deyirlər ki, tullantıların suya qarışmasının qarşısını almaq problemi kökündən həll etmək üçün yeganə çıxış yoludur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki