image-snimok-yekrana-158backend

“Şimali Koreya rejimi qumar oynayır”

Şimali Koreyadan qaçan keçmiş yüksək rütbəli diplomat bildirib ki, Pxenyan rejimi Ukraynaya hücumlarını davam etdirən Rusiyaya hərbi dəstək verməklə “qumar oynayır”.
Elchi.az xəbər verir ki, Şimali Koreyanın Kubadakı səfirliyinin keçmiş müşaviri Ri İl Gyu Tokioda yerləşən Kyodo agentliyinə müsahibəsində Şimali Koreya rejiminin son siyasətini dəyərləndirib.
Bölgəyə göndərilən Şimali Koreya əsgərlərinin beləliklə, “müharibə təcrübəsi qazanacaqlarını və cəsarətlə və qorxmadan döyüşməyə hazır olacaqlarını” düşündüyünü ifadə edən Ri, Pxenyan rəhbərliyinin Rusiyaya verdiyi hərbi dəstəklə qumar oynadığını qeyd edib.
Ri deyib ki, nə Moskva, nə də Pxenyan administrasiyası bu günə qədər Şimali Koreya qoşunlarının bölgəyə yerləşdirilməsini açıq şəkildə təsdiqləməyib, çünki bu, beynəlxalq hüquqa ziddir.
Müharibə bitəcəyi təqdirdə Pxenyanın Moskva ilə bu qədər yaxın münasibətləri qoruya bilməyəcəyini iddia edən Ri, Şimali Koreyanın coğrafi və strateji əhəmiyyətini nəzərə alaraq Çinlə sıx əməkdaşlığı hədəfləyəcəyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki