ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiyanın Kursk vilayətində yerləşdirilən Şimali Koreya qoşunlarının Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməyə başladığını təsdiqləyib.
Elchi.az xəbər verir ki, Şimali Koreyanın Rusiyaya qoşun yeritməsi ilə bağlı ABŞ Dövlət Departamentindən yeni açıqlama verilib. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiyanın Kursk vilayətində yerləşdirilən Şimali Koreya qoşunlarının Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməyə başladığını təsdiqləyib. “Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini davam etdirmək üçün qoşun tədarükü üçün Şimali Koreyaya müraciət etmək qərarı bizi son dərəcə narahat edir” deyən Patel, “Bu gün mən təsdiq edə bilərəm ki, 10 mindən çox Şimali Koreya əsgəri Rusiyanın şərqinə göndərilib və onların əksəriyyəti Kursk vilayətinin qərbinə keçib və Rusiya qüvvələri ilə döyüş əməliyyatlarında iştirak etməyə başlayıb”, – o deyib.