image-bez-imeni-20-pic_32ratio_900x600-900x600-41603backend

Sibiqa Ukraynanın Trampdan nə gözlədiyini açıqladı

Sibiqa: Ukrayna Trampın münaqişəni “güc vasitəsilə sülh” yanaşması ilə bitirməsini gözləyir.
Elchi.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Xarici İşlər Nazirliyinin Facebook səhifəsində (Meta şirkətinin sahibi Rusiyada ekstremist kimi tanınır və fəaliyyəti qadağandır) ölkəsinin Donald Trampın ABŞ prezidenti postuna seçilməsindən gözləntiləri barədə danışıb.
Sibiqanın sözlərinə görə, Ukrayna Trampın seçkilərdə qələbəsini “güc vasitəsilə sülh” yanaşması ilə sülh prosesini sürətləndirmək üçün əlavə şans” kimi görür. Kiyev bu cür ehtimallara əsaslanaraq ABŞ-ın yeni administrasiyası ilə münasibətlər qurmaq niyyətindədir.
Noyabrın 20-də Sibiqa bildirib ki, Ukrayna münaqişənin həlli müqabilində ərazi güzəştlərinə getməyəcək. Siyasətçinin fikrincə, hazırda Birləşmiş Ştatlar zəif görünməyə tab gətirə bilməz, çünki Rusiya, İran və Şimali Koreya istənilən zəiflik əlamətini Amerikanın maraqlarına və təhlükəsizliyinə birbaşa zərər vurmağa dəvət kimi qəbul edəcək. The Hill qəzeti bu bəyanatları yeni seçilmiş prezident Donald Trampa siqnal kimi qiymətləndirib.
İki gün sonra Nümayəndələr Palatasının Xarici Əlaqələr üzrə sədri Maykl Makkol da oxşar fikirlər səsləndirdi. O, əmin edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanı dəstəkləməyə davam edəcək, çünki Vaşinqton bu münaqişədə məğlub ola bilməz.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki