image-selcuk-bayraktar-633x403backend

Selçuk Bayraktar “Teknofest Azərbaycan”ın təqdimatında – FOTOLAR

Bu gün dünyanın ən böyük texnologiya festivalı olan “Texnofest-2022″nin mətbuat konfransı keçirilib.

Alp.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın da iştirak etdiyi konfransda qonaqlar festivalın ilk dəfə ölkəmizdə təşkil olunduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, hər il Türkiyədə təşkil olunan festival bu il ilk dəfə ölkə xaricində, Azərbaycanda təşkil olunur. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.

Festival 26-29 may tarixlərində davam edəcək.

image-1 image-2 image-3

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki