Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Elchi.az xəbər verir ki, Qətər Əmirliyindən verilən açıqlamaya görə, paytaxt Dohadakı Lusail sarayında keçirilən görüşdə Qətər və Rusiya arasında əməkdaşlıq və bunun xüsusilə enerji və investisiya sahələrində necə gücləndirilə biləcəyi müzakirə edilib.
Bundan əlavə, regional və beynəlxalq hadisələr müzakirə edilib.
Görüşdə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani də iştirak edib.
Rusiyanın xarici işlər naziri Lavrov Qətərli həmkarı ilə görüşüb
Qətər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və rusiyalı həmkarı Sergey Lavrov da görüşüb.
Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə iki ölkə arasında əməkdaşlıq və xüsusilə texnologiya sahəsində əməkdaşlığın necə inkişaf etdirilməsi müzakirə edilib.
Rusiya və Ukraynadakı son hadisələrin də müzakirə edildiyi görüşdə Əl Tani Qətərin Rusiya-Ukrayna böhranı ilə bağlı beynəlxalq səyləri dəstəklədiyini və problemin dialoq və diplomatik yollarla həll edilməsi lazım olduğunu bildirib.
Tərəflər Qəzza zolağı və işğal olunmuş Fələstin ərazilərindəki vəziyyəti də qiymətləndiriblər. Qəzzada atəşkəs razılaşmasının əldə olunmasına töhfə verən Qətərin vasitəçilik səyləri vurğulanıb. Görüş zamanı Suriya və Livandakı son hadisələr də müzakirə edilib.
Nuranə Məmmədova