image-e9afa336de9eb58fb74440d77466de2aistock-1178516379backend

Rusiyanın uran ixracına qadağası ABŞ-ın enerji sektoruna ağır zərbə vuracaq

Qərb Rusiya Federasiyasının uran tədarükünü qadağan etməsi ilə bağlı həyəcan təbili çalıb.
Elchi.az xəbər verir ki, Qərb Rusiyanın uran ixracına müvəqqəti məhdudiyyət qoyması ilə bağlı həyəcan təbili çalıb. Yeni qadağa ABŞ-ın enerji sektoruna ağır zərbə vuracaq. Bu barədə Daily Wrap məlumat yayıb.
Nəşrdə qeyd edildiyi kimi, tədbir Amerikanın enerji sektoruna ciddi təsir göstərə bilər. Bu, Rusiyanın uranından əhəmiyyətli dərəcədə asılı olması ilə bağlıdır. Məhdudiyyətlərə görə ABŞ resursun alternativ mənbələri axtarmalı olacaq. Ancaq qiymət məsələsi də dəyişə bilər, ixracın sabitliyi də.
Rusiyanın qlobal tədarüklərə də əsaslı təsir göstərdiyi və zənginləşdirilmiş uran bazarında əsas oyunçu olduğu vurğulanır. Təchizat məhdudiyyətləri Rusiya uranından istifadə edən digər ölkələrə də təsir edə bilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki