Alp.az-ın məmumatına görə, bu iddia “The New York Times”a aiddir.Nəşrin ictimaiyyətə məlum olan dəlillərə əsaslanan hesablamalarına inansaq, 5 gün bundan əvvəl bu çayın sahillərində gedən döyüşlərdə rus ordusunun 400-dən çox əsgərinin öldürülüb və ya yaralanıb.
Bildirilir ki, Rusiya hərbi komandanlığı mayın 11-də 41-ci Əlahiddə Ümumqoşun Ordusunun 74-cü motoatıcı briqadasına Ukraynanın 550-yə yaxın hərbçisinin toplandığı Rubijne rayonu yaxınlığındakı qoşunlarını mühasirəyə almaq və bu məqsədlə Severski Donets çayını keçmək tapşırığı verib. Nəticədə iki qoşun arasında ağır döyüşlər başlayıb.
ABŞ-ın Müharibə Tədqiqat İnstitutu peyk görüntülərini təhlil etdikdən sonra bu qənaətə gəlib ki, həmin döyüşdə Rusiya Federasiyası 485-ə qədər canlı qüvvəsini və 80-dən çox texnikanın itirib.
Nəşr iddia edir ki, əgər rus qoşunlarının itkiləri ilə bağlı hesablamalar dəqiqdirsə, bu, Ukrayna-Rusiya müharibəsinin ən qanlı döyüşlərindən biri olaraq tarixə düşəcək.
Rusiyanın Avia.pro nəşrinin iddiasına görə, bu qədər hərbi itkinin baş verdiyi döyüş cəmi bir neçə dəqiqə davam edib.
Ovqat.com