Rusiya-Ukrayna müharibəsi davam edərkən, Rusiya Ukraynanın şərqindəki Kramatorsk şəhərinə raket zərbəsi endirib.
Elchi.az xəbər verir ki, yerli hakimiyyət orqanları hücum nəticəsində ikisi uşaq da daxil olmaqla ən azı doqquz nəfərin yaralandığını, bir neçə bina və avtomobilə ziyan dəydiyini bildirib.
Hücumdan sonra yerli sakinlər onların zədələnmiş evlərinə və əşyalarına baxış keçirib, səlahiyyətlilər isə zərərin qiymətləndirilməsi işlərini davam etdiriblər. Ətrafdakı mağazalara və avtomobillərə də ciddi ziyan dəyib.
Şayəstə Hüseynova