Rusiyanın Vladimir vilayətinin məktəbləri ibtidai və orta məktəb şagirdləri üçün geyim qaydalarına düzəlişlər ediblər. Yeni dərc olunan sirkulyarlara əlavə edilən maddələrə görə, formal təhsildə təhsil alan tələbələrə üzlərini və başlarını örtmək qadağan edilib.
Elchi.az xəbər verir ki, Rusiyanın Vladimir vilayətinin yerli təhsil idarələri məktəblərin yeni geyim qaydası çərçivəsində şagirdlərə hicab kimi dini geyim geyinməyi qadağan edib.
Russia Today-in məlumatına görə; Regional Təhsil və Gənclər Siyasəti Nazirliyindən bildirilib ki, onun qaydalarına ibtidai və orta ixtisas təhsili alan tələbələrin geyiminə dair “standart tələblər”lə bağlı yeni bənd əlavə edilib.
Dəyişiklik təhsil müəssisələrində “şagirdin dini inancını göstərən geyim və elementlərin” olmasını qadağan edir.
Şayəstə Hüseynova