image-download-51backend

Rusiya: Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın NATO-ya üzvlüyünün qəbuledilməz olduğunu deyib və əlavə edib: “Bu, təhlükəsizliyimiz üçün ciddi təhdiddir. Bu, bütün Avropa üçün fəlakətli nəticələrə səbəb ola bilər”.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.
Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılmalı olduğunu vurğulayan Zaxarova, “Bu səbəblər tamamilə aradan qaldırılmadan məsələnin uzunmüddətli həlli mümkün deyil. Əks halda yenidən münaqişələr başlaya bilər. Bu, bizim üçün qəbuledilməzdir” – deyib.
ABŞ prezidenti Donald Trampın bu yanaşmanı nəzərə aldığını bildirən Zaxarova, “Nəticənin necə olacağını zaman göstərəcək. Ukrayna böhranı və beynəlxalq məsələlər də daxil olmaqla, ikitərəfli münasibətlərdə yığılan çoxlu problemlər var. Tramp administrasiyasının bu mövzularda məsləhətləşmələrə hazır olduğunu görürük.”
Zaxarova vurğulayıb ki, Ukrayna öz konstitusiyasına uyğun olaraq neytral olmalı, heç bir ittifaqda iştirak etməməli və nüvə silahına malik olmamalıdır.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki