Rusiya Müdafiə Nazirliyi ötən həftə Amerika istehsalı olan 10 Quru Taktik Raket Sistemlərinin (ATACMS) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada 23-29 noyabr tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.
Açıqlamada Ukraynadakı hərbi ünsürlərə qarşı havadan, dənizdən və qurudan yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edildiyi, bu hücumların enerji elementləri, hərbi hava limanı infrastrukturu, İHA və pilotsuz təyyarələri hədəf aldığı bildirilib. Ukrayna əsgərlərinin, xarici hərbi ekspertlərin və muzdlu döyüşçülərin yerləşdiyi nöqtələrə dəniz vasitələrinin istehsal və saxlama məntəqələri, silah və sursat anbarları vurulduğu qeyd edilib.
Açıqlamada Ukrayna ordusunun Rusiya ərazisinə hücumlar təşkil etdiyinə diqqət çəkilərək, “Uzun mənzilli Neptun raketi, 10 Amerika istehsalı ATACMS raketi, 15 Fransa istehsalı Hammer və Amerika istehsalı olan JDAM idarəolunan təyyarə bombaları, ABŞ istehsalı olan 2 HIMARS raketi və 353 pilotsuz uçuş aparatı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.
Açıqlamada Ukraynanın Xarkov vilayətindəki Kopanki qəsəbələri və Donetsk vilayətinin Novaya İlyinka, Vorovskoye və Razdolnoye qəsəbələrinin son bir həftə ərzində Rusiya ordusu tərəfindən ələ keçirildiyi, 34 Ukrayna əsgərinin əsir götürüldüyü bildirilib.
Açıqlamada, müharibənin əvvəlindən 649 təyyarə, 283 helikopter, 36 min 913 İHA, 586 hava hücumundan müdafiə raket sistemi, 19 min 562 tank və zirehli texnika, 1497 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 18 min 708 haubitsa və minaatan 28 min 868 Ukrayna ordusunun silahından istifadə edildiyi bildirilib.
Şayəstə Hüseynova