image-kapak_174401backend

Rusiya: Biz Yaxın Şərqdə vasitəçi rolunu öz üzərinə götürməyə hazırıq

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Yaxın Şərq məsələsində tərəflər arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
Elchi.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri dəyərləndirib.
Amerikanın “Newsweek” xəbər jurnalının “İsrail rəhbərliyinin Rusiyadan Livanda İsrail və Hizbullah arasında vasitəçi olmasını tələb etdiyi ” xəbərini dəyərləndirən Peskov, ölkəsinin İsrail, İran, Livan və digər tərəflərlə İsraildəki vəziyyətlə bağlı qarşılıqlı əlaqədə olduğunu qeyd edib.
“Əlbəttə, əgər bizim təşəbbüslərimiz istənilən mərhələdə effektli olarsa, biz bunu etməyə hazırıq”, – Peskov bildirib.
“Çinlə əməkdaşlığımız başqa ölkələrə qarşı deyil”
Gələn həftə ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd Donald Trampın “prezident olacağı təqdirdə Rusiya və Çini ayıracaq” açıqlamasını dəyərləndirən Peskov, “Rusiya ilə Çin arasındakı əməkdaşlığa niyə müdaxilə edilməsi lazım olduğunu anlaya bilmirik. Bizim Çin ilə əməkdaşlıq digər ölkələrin əleyhinə deyil, “Bu, hər iki ölkə xalqının maraqlarına uyğundur” – deyib.
Trampın “Şimal axını 2” təbii qaz kəmərini bağlayacağı ilə bağlı açıqlamasına gəlincə, mətbuat katibi Peskov “Şimal axını 1” layihəsinin həyata keçirildiyini xatırladıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki