image-1734085683_48backend

Quterreş Ərdoğana təşəkkür edib

BMT-nin Baş katibi Antonio Quterreş Ankara Bəyannaməsini qiymətləndirməsi ilə bağlı yazılı açıqlama verilib.

Elchi.az xəbər verir ki, açıqlamada Quterreşin Ankara Bəyannaməsini alqışladığı və Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədin mübahisəli məsələləri dostluq və qarşılıqlı hörmət çərçivəsində həll etmək qərarına gəldiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Quterreş texniki danışıqların başlanmasını və prosesin müsbət nəticələrini səbirsizliklə gözləyir. “BMT-nin baş katibi iki ölkə liderlərini bir araya gətirmək təşəbbüsünə və sazişin həyata keçirilməsinə verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirir”. Bəyanatda BMT-nin prosesi dəstəkləməyə hazır olduğu vurğulanıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki