Qlobal temperatur yüksəldikcə şəhərlərdə siçovulların sayı sürətlə artır. “Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, Vaşinqton, San Fransisko, Toronto, Nyu York və Amsterdam da daxil olmaqla 16 şəhər araşdırılıb və 11 şəhərdə siçovulların sayında əhəmiyyətli artımlar müşahidə edilib.
Elchi.az xəbər verir ki, araşdırmaya görə, son 10 ildə siçovulların sayı Vaşinqtonda 390 faiz, San-Fransiskoda 300 faiz, Torontoda 186 faiz və Nyu Yorkda 162 faiz artıb. Tədqiqat şəhərlərdə siçovulların invaziyasına dair hesabatları təhlil edib.
Şayəstə Hüseynova