image-gazze-7-1backend

Qəzzada ölənlərin sayı 48 297 nəfərə çatıb

İsrail ordusunun 15 aydan çox davam edən hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda ikisi dağıntılar altından çıxarılan daha 6 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada İsrailin hücumlarında ölən və yaralananların sayı ilə bağlı yeni məlumatlar paylaşılıb . Bildirilib ki, son 24 saat ərzində 6 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb, onlardan 2-si dağıntılar altından çıxarılıb, 1-i əvvəlki hücumlarda ağır yaralanaraq həyatını itirib, 3-ü isə son hücumlarda həyatını itirib. Xəsarət alan 11 nəfərin xəstəxanalara çatdırıldığı bildirilib.
Açıqlamada İsrailin hücumlarında həyatını itirən və 7 oktyabr 2023-cü il tarixindən bu yana cəsədləri xəstəxanalara gətirilən fələstinlilərin sayının 48 min 297-yə, yaralı sayının isə 111 min 733-ə yüksəldiyi qeyd edilib.
Dağıntılar altında və yol kənarlarında hələ də çoxlu cəsədin olduğu, mülki müdafiə qruplarının dağıntılar altında olanlara çatmaq üçün işlərini davam etdirdiyi bildirilib.
Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki