ABŞ prezidenti Co Bayden Milad ərəfəsində imzaladığı qanunla keçəl qartalı ölkənin rəsmi milli quşu elan edib. Ağ başı və sarı dimdiyi olan bu yırtıcı quş 1782-ci ildən bəri sənədlərdə istifadə edilən ABŞ-ın Böyük Möhüründə təsvir edilib, lakin indiyə qədər onun rəsmi statusu olmayıb.
Elchi.az xəbər verir ki, keçən həftə Konqres tərəfindən qəbul edilən və prezident Baydenin təsdiqinə təqdim edilən qanunda keçəl qartal ölkənin milli quşu kimi qeydə alınıb.
“Təxminən 250 ildir ki, biz keçəl qartalı öz milli quşumuz adlandırırdıq, lakin o deyildi” dedi Milli Qartal Mərkəzindən Cek Devis, “İndi bu titul rəsmidir, buna daha layiq quş yoxdur”.
Şayəstə Hüseynova