Rusiya prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin Ukraynada münaqişələri davam etdirmək və gərginliyi artırmaq siyasətinin yanlış olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Rusiyada fəaliyyətə başlayan İsrail, Azərbaycan, Ermənistan və bəzi Avropa ölkələrinin də olduğu 28 ölkənin səfirlərini etimadnamələrini qəbul etmək üçün Kreml Sarayında qəbul edib .
Diplomatları vəzifəyə başlamaları münasibətilə təbrik edən Putin buradakı çıxışında ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa keçdiklərini bildirib.
Dünyada ədalətli qlobal iqtisadi əlaqələr sisteminin qurulmasının tərəfdarı olduqlarını, haqsız rəqabət və sanksiyalara qarşı olduqlarını bildirən Putin, çoxqütblü dünya nizamının qurulmasının vacibliyinə diqqət çəkib.
“Ukrayna ilə danışıqlara açığıq”
Ukraynadakı vəziyyətə toxunan Putin, Rusiyanın müharibə başlayandan bəri Ukrayna ilə danışıqlara açıq olduğunu, lakin Ukraynanın hər dəfə danışıqlardan vaz keçdiyini bildirib.
Qərbin Ukraynaya münasibəti ilə bağlı Putin deyib: “Bəzi Qərb dövlətlərinin Ukraynada münaqişələri davam etdirmək, gərginliyi artırmaq, ölkəmizi strateji məğlubiyyətə uğratmaq siyasəti yanlışdır. Bu cür yalnış hesablamaları ancaq bilməyən insanlar edə bilər.
“Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa çalışırıq”
Yaxın Şərqdəki vəziyyətə toxunan Putin bildirib ki, Rusiya Fələstin və İsrail arasındakı problemin Yaxın Şərqdə böyük müharibəyə çevrilməsinin qarşısını almaq üçün təşəbbüslər edir.
Putin, “Əminik ki, müvafiq tərəfləri güzəştə gedərək, beynəlxalq hüquq əsasında məsələnin davamlı və uzunmüddətli həllinə nail olmaq mümkündür. Regionda sülhü bərpa etmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq iki dövlət düsturunu həyata keçirmək lazımdır”- deyib.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Putin bu münasibətlərin yaxşılaşdırılması və Cənubi Qafqazda möhkəm sülhün təmin olunması üçün əllərindən gələni etdiklərini bildirib.
Putin qeyd edib ki, iki ölkə arasında sülh razılaşmasının əldə olunması, sərhədlərin müəyyən edilməsi, iqtisadiyyat və nəqliyyat əlaqələrinə maneələrin aradan qaldırılması istiqamətində dəstəyi davam etdirəcəklər.
Nuranə Məmmədova