Prezident Rəcəb Tayyib Ərdoğan Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumu şiddətlə qınayıb.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Ərdoğan sosial media hesabından açıqlama verib.
“Dünən gecə Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən iyrənc hücumu şiddətlə qınayıram. Hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram” – deyə açıqlamalarını daxil edib.
Nuranə Məmmədova