image-43-pic_32ratio_900x600-900x600-29737backend

Peskov Qərb mediasında saxtakarlıqla mübarizədən danışıb

Peskov: Biz vəziyyəti təhlil etməyi bilən Qərb jurnalistləri ilə işləyirik.
Elchi.az xəbər verir ki, Qərbdə hər tərəfdən vəziyyəti öyrənməyə çalışan jurnalistlər var, Rusiya onlarla işləyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə müsahibəsində Qərb mediasındakı saxtakarlıqla bağlı vəziyyəti şərh edərkən deyib.
Peskovun sözlərinə görə, cəmi bir neçə il əvvəl Qərb ölkələrinin ən hörmətli qəzet və televiziya kanallarının nə vaxtsa bu qədər sifarişli material və saxta məlumatlar dərc edəcəyinə inanmaq çətin olardı.
Kreml nümayəndəsi qeyd edib ki, bu saxtakarlıqlar indi “çılpaq gözlə” görünür, lakin Qərbdə hələ də vəziyyəti təhlil etməyə çalışan jurnalistlər var. Peskov əlavə edib ki, Rusiya birinci əldən məlumat vermək üçün onlarla işləyir.
Həmin müsahibədə Rusiya prezidentinin mətbuat katibi bildirib ki, son bir neçə ildə baş verənlər Qərbdə söz azadlığının mütləq olmadığını göstərdi. Onun sözlərinə görə, Qərb hamını inandırmağa çalışır ki, Ukraynadakı münaqişənin günahkarı Rusiyadır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki