image-21backend

Pentaqon Qrenlandiyanı işğal etmək planından xəbərsiz olduğunu bildirib

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq əmin edib ki, Vaşinqtonun Qrenlandiyanı işğal etmək planından xəbəri yoxdur.

Elchi.az xəbər verir ki, o, yanvarın 8-də keçirilən adi brifinqdə jurnalistlərin müvafiq əmr alacağı təqdirdə ABŞ hərbi departamentinin belə planlarının olub-olmaması ilə bağlı sualına “Mənim bununla bağlı hər hansı plandan xəbərim yoxdur” deyə cavab verib.

“Mən hipotetik suallara cavab verməyəcəyəm. Düşünürəm ki, gələn administrasiya bu barədə danışmalıdır”, – Sinq əlavə edib. ABŞ dövlət katibi Entoni Blinken yanvarın 8-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasının pis olduğunu, praktikada həyata keçirilməyəcəyini və müzakirəyə layiq olmadığını açıqlayıb.

Yanvarın 7-də Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində jurnalistlərə danışan Tramp Panama kanalı və Qrenlandiya problemlərini güc və ya iqtisadi zorakılıq yolu ilə həll etməyə əl atmayacağına zəmanət verməkdən imtina etdi.

Bundan əvvəl o, ABŞ-ın Panama kanalı üzərində nəzarəti bərpa etməli olduğunu bəyan etmişdi və o, həmçinin Danimarkanın muxtariyyəti olan Qrenlandiyanın Amerika ərazisinə birləşdirilməsindən danışmışdı.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki