Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin təcavüz hadisəsində əli olduğu iddiası ilə saxlanıldığı bildirilib.
Elchi.az xəbər verir ki, Oslo polisi verdiyi açıqlamada Hoibinin Osloda “huşunu itirmiş və ya başqa səbəblərdən hərəkətə müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə” günahlandırıldığını bildirib.
Polis rəsmiləri təcavüz iddiasının vaxtı ilə bağlı məlumat paylaşmasa da, Norveç mediası kral titulu və ya rəsmi vəzifəsi olmayan Hoibinin ittihamı rədd etdiyini bildirib.
Təcavüz edildiyi iddia edilən qadının vəkili Hege Salomon müvəkkilinin “çətin günlər keçirdiyini” deyib.
Saxlanma hadisəsi ilə bağlı kral sarayından açıqlama verilməyib.
Bildirilir ki, Hoibi əvvəllər də avtomobili vəsiqəsiz idarə etmək, şəxsə zərər vurmaq və başqalarına zərər vurmaq kimi müxtəlif qanun pozuntularına yol verib.
Şayəstə Hüseynova