Cənubi Amerika ölkəsi Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Daniel Noboa qalib gəlib.
Elchi.az xəbər verir ki, Ekvador Milli Seçki Şurasının ilkin nəticələrinə görə, seçki qutularının 92 faizi açılıb.
Müvafiq olaraq, Milli Demokratik Fəaliyyətin namizədi 37 yaşlı Noboa 56,13 faiz səslə prezident seçkilərində qalib gəlib.
Vətəndaş İnqilabı Hərəkatının solçu namizədi Luisa Qonzales 43,87 faiz səs toplayıb.
2025-2029-cu illər arasında ölkəni idarə edəcək Noboa mayın 24-də vəzifəsinin icrasına başlayacaq.
Noboa tərəfdarları seçkilərdə qələbələrini qeyd etmək üçün paytaxt Kito və Quayakildə meydanlara çıxıblar.
Ekvadorlular arasında seçici fəallığının 83,7 faiz olduğu açıqlanıb.
Şayəstə Hüseynova