image-nijeryada-silahli-saldiri-felaketi-9-kisi-oldu-mtvx-1backend

Nigeriyada iki avtobus toqquşub, 28 nəfər ölüb

Nigeriyanın Ondo əyalətində iki avtobus toqquşub. Qəza nəticəsində 28 nəfər həyatını itirib, 49 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Ondo Dövlət Koordinatoru, Milli Yol Təhlükəsizliyi Təşkilatı, Samuel İbitoye verdiyi açıqlamada, iki sərnişin avtobusunun Ore-Lagos şossesi boyunca əyalətin Odigbo bölgəsində toqquşduğunu söylədi.
İbitoye qəzada 28 nəfərin həyatını itirdiyini, 49 nəfərin isə yaralandığını qeyd edib.
Yaralıların xəstəxanaya aparıldığını bildirən İbitoye ölənlərin sayının artacağından narahat olduğunu bildirib.
Həddindən artıq sürətin qəzaya səbəb ola biləcəyinə diqqət çəkən İbitoye sürücüləri daha diqqətli olmaları barədə xəbərdar edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki