İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Elchi.az xəbər verir ki, Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamada Netanyahu və Blinkenin Qərbi Qüdsdə görüşdüyü bildirilib.
Açıqlamada Netanyahu ilə Blinkenin görüşünün gündəliyi ilə bağlı məlumat verilməyib.
Digər tərəfdən İsrail mətbuatı Blinkenin İsrail və HƏMAS arasında əsir mübadiləsi danışıqlarını yenidən başlatmaq üçün Yaxın Şərq turuna getdiyini bildirib.
ABŞ dövlət katibi Antoni Blinken 2023-cü il oktyabrın 7-dən İsrailə 11 dəfə səfər edib.
Nuranə Məmmədova