NATO-nun baş katibi Mark Rutte sualtı kabellərin qırılması ilə təxribat hallarının artması fonunda alyansın Baltik dənizində mövcudluğunu artıracağını vəd edib.
Elchi.az xəbər verir ki, bu barədə o , “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“ Finlandiya Prezidenti Alexander Stubb ilə sualtı kabellərin mümkün təxribatı ilə bağlı Fin araşdırmasını müzakirə etdik. Tam həmrəyliyimi və dəstəyimi bildirdim. NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək”, – Şimali Atlantika Alyansının rəhbəri bildirib.
Daha əvvəl Finlandiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kuk adalarının bayrağı altında neft tankeri olan Eagle S-ni Finlandiyada EstLink 2 sualtı kabelinə ziyan vurmaqda şübhəli bilinərək saxlayıblar.
Nuranə Məmmədova