image-images-29backend

Mürsəl İbrahimov yeni rəis təyin etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Nəsimi rayon idarəsinə yeni rəis təyin edilib.
Elchi.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
Əmrə əsasən, rəis vəzifəsinə Elxan Feyziyev təyinat alıb.
Xatırladaq ki, E.Feyziyev daha əvvəl SHXÇDX-nin Ağdam və Nizami rayon idarələrinin rəisi olub.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki