İspaniyanın “Mundo” qəzeti Ukraynada “Starlink” peyk internet sisteminin bağlanmasının Amerika Birləşmiş Ştatları ilə Polşa arasında münaqişəyə səbəb ola biləcəyini yazıb.
Elchi.az-ın xəbərinə görə, nəşr aydınlaşdırıb ki, Polşa hakimiyyəti Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi 20 min terminalın pulunu ödəyir.
“Əgər Amerika “Starlink”i ləğv etmək qərarına gəlsə, bu, səlahiyyətliləri müqavilə bağlayan və Ukraynada istifadə üçün 20 min şəbəkə terminalı üçün pul ödəyən Polşa ilə münaqişəyə səbəb olacaq”, – nəşr qeyd edib.
Nəşrin müəllifinin fikrincə, Vaşinqton müttəfiqləri ilə münaqişələrdə heç bir problem görmür.
Yeganə