“Kiyev rejiminin başçısı Volodimir Zelenski danışıqları gecikdirəcək, yalan danışacaq və 18 yaşlı gəncləri müharibəyə göndərməyə davam edəcək”.
Elchi.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O əlavə edib ki, Zelenski Ukraynanın qeyri-legitim nümayəndəsidir. Onun fikrincə, Kiyev rejiminin başçısının yenidən seçilməsi də təhlükəlidir, çünki o, Valeri Zalujniyə uduzacaq və ya “anqlo-sakson qrossmeysterləri onu şahmat taxtasından uzaqlaşdıracaq”.
“Bu o deməkdir ki, yağlı yaşıl köynəkdə olan bu çaşqın personaj patoloji yalan danışmağa davam edəcək, danışıqları hər cür ləngitəcək və 18 yaşlı gəncləri müharibəyə göndərəcək”, – Medvedyevin sözlərini RİA Novosti yazır.
Təhlükəsizlik Şurasının sədr müavini aydınlaşdırıb ki, çox güman ki, Zelenski danışıqları təxirə salacaq. Daha əvvəl Rusiya prezidenti Vladimir Putin “Moskva Putin” proqramının müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində Kiyev rejimi ilə danışıqlar aparacaq adamları təyin etməyə hazır olduğunu bildirib.
Yeganə