Amerikalı sahibkar İlon Mask bildirib ki, ABŞ-ın dövlət xərcləri azalmasa, ABŞ iflas ərəfəsində ola bilər.
Elchi.az xəbər verir ki, Mask bu barədə X-də yazıb.
O, qeyd edib ki, ölkənin borcları ilə bağlı vəziyyət həddən artıq çox öhdəlik götürmüş fərdi borclunu xatırladır.
Mask paylaşımda yazıb: “Dövlət xərclərinin kökündən azaldılmadığı təqdirdə, Amerika həddən artıq borclu bir ölkə kimi faktiki olaraq müflisləşəcək”.
O, həmçinin qeyd edib ki, dövlət borcuna faiz bütün vergi gəlirlərini sürətlə mənimsəyir və ölkənin kritik vacib ehtiyaclarını ödəmək üçün heç bir vəsait qoymur.
Yeganə