image-marts-2291735_1backend

Marsda insan üzünə bənzəyən QORXULU KƏŞF

NASA-nın Perseverance rover vasitəsi ilə Marsda çəkilmiş bir görüntü insan üzünə bənzəyən bir qaya əmələ gəlməsini üzə çıxardı 27 sentyabr 2024-cü ildə çəkilmiş bu görüntü, qayaların zamanla aldıqları formaların necə yanıltıcı ola biləcəyini bir daha ortaya qoydu.
Elchi.az xəbər verir ki, Marsın səthindəki bu qaya insan başına bənzəsə də, əslində adi bir qayadır.

Mars'ta insan yüzüne benzeyen ürkütücü keşif
Bu optik illüziya “pareidoliya” kimi tanınan bir fenomenə əsaslanır. Bu fenomen insan beyninin tanış formaları və naxışları qavramaq meylinə aiddir.
Marsda belə maraqlı formalar əvvəllər də görülüb; Daha əvvəl də ayı üzü, döyüşçü fiquru, qaşıq və hətta həşərat kimi təsvirlər qeydə alınıb.
Alimlər belə təsvirlərin təsadüfi forma və kölgələrin birləşməsindən yarandığını bildirirlər.
Bununla belə, insan gözünün bu cür oxşarlıqları tez fərq edə bilməsi Marsın kəşfiyyatının həmişə maraqlı olmasını təmin edir.
Hələ Marsda mürəkkəb həyat formalarının izlərinə rast gəlinməsə də, bu cür sirlər bəlkə də gələcəkdə insanlı Mars missiyaları ilə həll olunacaq.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki