Bazar günü Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Olaf Şolts, İngiltərə baş naziri Key Starmer və Macarıstanın baş naziri Viktor Orbanla bir sıra telefon danışığı aparıb.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Antonio Kosta, Şolz, Starmer, Ərdoğan və Orbanla danışdım”, – Makron X-də yazıb. “Avropalı tərəfdaşlar və müttəfiqlərlə müzakirələrdən sonra biz Ukraynada sülhün əldə edilməsinə sadiqik”.
Makron vurğulayıb ki, nizamlanma ədalətli, sabit və uzunmüddətli əsasda olmalı, həmçinin qarşıdan gələn danışıqlar zamanı Avropanın təhlükəsizliyini gücləndirməlidir.
Yeganə