image-905ee2f9c2ce0f5b7a5191f0babb9ca2backend

Lavrov: ABŞ Rusiyanın mövqeyini daha yaxşı anlamağa başlayıb

ABŞ nümayəndələri ilə söhbət çox faydalı oldu, Amerika tərəfi Rusiyanın mövqeyini daha yaxşı anlamağa başladı.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ administrasiyasının nümayəndələri ilə danışıqların yekunu üzrə bildirib.
“ İnanmağa əsaslar var ki , Amerika tərəfi bizim mövqeyimizi daha yaxşı başa düşməyə başlayıb, biz bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin konkret misallarla təfərrüatlı şəkildə ortaya qoyduğu çoxsaylı çıxışlarına əsas veririk “-deyə Lavrov əlavə edib.
Onun sözlərinə görə, danışıqlar zamanı Rusiya tərəfi ABŞ-ın “irəli getməyə” tam hazır olduğunu hiss edib və eyni mövqedən çıxış edib. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva ilə Vaşinqton arasında qarşılıqlı anlaşma heç də onların mövqelərinin yaxınlaşması demək deyil.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki