image-kosova-min-700x420backend

Kosovo əhalisi 1,6 milyona çatıb

Kosovo Statistika Agentliyi (ASK) ölkə əhalisinin 1,6 milyon olduğunu açıqlayıb.
ASK-nın paylaşdığı məlumatlara görə , siyahıyaalmanın boykot edildiyi ölkənin şimalında daha çox serblərin yaşadığı bələdiyyələr də daxil olmaqla, ölkə əhalisi 1 milyon 602 min 515 olaraq qeyd edildi.
Elchi.az xəbər verir ki, məlumata görə, albanların 91,76 faizini təşkil edən ölkə əhalisinin 2,31 faizini serblər, 1,22 nəfərini türklər, 1,69 nəfərini bosniyalılar, 1,02 nəfərini aşkalilər, 0,67 nəfərini misirlilər, 0,0,58 faizini goranlılar, 0,55 faizini qaraçılar təşkil edir. 0,19% digərləridir.
Ölkədə dini inanca görə paylaşılan məlumatlar belə qeydə alınıb:
Müsəlmanlar 93,49 faiz, pravoslavlar 2,31 faiz, katoliklər 1,75 faiz, heç bir dinə mənsub olmayanlar 0,5 faiz, dini inanclarını bölüşməyənlər 1,5 faiz, başqa dinlərə mənsub olanlar isə 0,45 faiz təşkil edir”.
Builki siyahıyaalmada ilk dəfə olaraq ölkədə 1998-1999-cu illər müharibəsi ilə bağlı məlumatlar da qeydə alınıb. Müvafiq olaraq, müharibədə 11 min 417 nəfər həlak olduğu halda, 1047 nəfər hələ də axtarışdadır.
Bu arada, 2011-ci ildə edilən siyahıyaalmada ölkə əhalisi 1 milyon 739 min 825 olaraq qeyd edildi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki